Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının Hüseynov Ələkbər Güləhməd oğlu 26 iyun 1956-cı ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olub. 1974-cü ildə həmin rayonun Kərimbəyli kənd orta məktəbini bitirib. Ümummilli Lidermiz, Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində apardığı Təhsil siyasətinin nəticəsində keçmiş Sovetlər Birliyinin müxtəlif şəhərlərinə təhsil almaq məqsədi ilə göndərilən gənclər sırasında Azərbaycan Politexnik İnstitutuna 1979-cu ildə qəbul imtahanları verərək, Moskva Dövlət Aqrar Mühəndislər Universitetinə göndərilib və mühəndis-pedaqoq ixtisası üzrə əyani təhsil alıb. 1982-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1983-87-ci illərdə bu universitetin Maşınların təmiri və etibarlığı kafedrasında əyani aspiranturada (doktoranturada) təhsilinin davam edib və müvəffəqiyətlə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi adını alıb. 2003-cü ildə Moskva Dövlət İnformatika və Cihazqayırma Akademiyasında Maşınqayırma texnologiyası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmlər doktoru elmi dərəcəsini və texnika üzrə fəlsəfə doktoru elmi adını alıb. Yerli və xarici mətbuatda 100-dən çox elmi məqalələri və tədris-metodiki işi çap olunub. 2 dərslik, 2 dərs vəsaiti, 7 monoqrafiyanın, 2 elmi ixtiranın müəllifidir. 1982-83-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim, 1987-89-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elmi-Tədqiqat Pedaqoqika İnistitutunda baş elmi işçi, 1989-cu ildən Azərbaycan Texniki Universitetinin Mühəndis qrafikası, Maşınların təmir texnologiyası və etibarlığı və Maşınqayırma texnologiyası kafedralarında assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Hzırda universitetin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirir. Eyni zamanda 2010-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət gostərən D 02171 Ekspert şurasının üzvüdür. 1921-ci ildən Moskva şəhərində nəşr edilən və “Allerton Press” (ABŞ) şirkəti tərəfindən ingilis dilinə tərcümə edilib dünyanın bütün ölkələrinə yayımlanan “Вестник Машиностроение” jurnalının Redaksiya kollegiyasının üzvüdür. |