Azərbaycan hökuməti tərəfindən Hərbi Sənaye Nazirliyinin müəssisələri üçün “Silah və silah sistemlərinin istehsalı texnologiyası” ixtisası üzrə ali təhsilli mütəxəssislərin Azərbaycan Texniki Univesitetinin (AzTU) bazasında hazırlanması qərarı qəbul edildikdən sonar AzTU-nun nəzdində Xüsusi texnika və texnologiya fakültəsi yaradıldı. Həmin fakültənin ixtisasına kafedranın böyük ehtiyacı olduğuna görə Maşınların təmir texnologiyası və etibarlığı kafedrasının adı dəyişdirildi və maddi-texniki bazası gücləndirildi və eyni zamanda kafedrada tədris edilən ixtisaslar üzrə əlavə müəllim-professor heyəti cəlb edilib.
2016-cı ilin iyun ayında Maşınların etibarlığı və təmir texnologiyası kafedrasının adı dəyişdirildi Xüsusi texnologiyalar və avadanlıqlar adı ilə fəaliyyət göstərməyə başladı.
Kafedranın nəzdində “Xüsusi təyinatlı məhsulların texnologiyası” ETL, “Diffuziya metallaşdırma”, “Tribotexnika” və “Alətlər və avadanlıqlar” tədris laboratoriyaları fəaliyyət göstərir.
Kafedranin elmi-tədqiqat istiqamətləri:
Kafedrada “Maşınların və atıcı silahların etibarlılığının texnoloji təminatı” və “Diffuziya metallaşdırması ilə maşın hissələrinin bərpası”, “Maşınların bərpa texnoloji proseslərinin səmərəliliyinin yüksəldilməsi” mövzuları üzrə elmi-tədqiqat işləri aparılır.
Bu elmi istiqamətlər üzrə magistr, fəlsəfə üzrə elmlər doktoru və texniki elmlər doktoru dissertasiyaları müdafiə olunur.
Kafedrada tədris proqramlarına uyğun olaraq müəllim-professor heyəti tərəfindən dərsliklər, dərs vəsaitləri, proqramlar hazırlanıb.
Kafedrada bakalavr səviyyəsində 5 ixtisas üzrə, magistratura səviyyəsində 6 istiqamət üzrə kadr hazırlanır.