News

Ana səhifə Xəbərlər Xəbər

AzTU Kitabxana Informasiya Mərkəzi “Reaxys” bazasından istifadə ilə bağlı təlim təşkil edib

2024-05-10
1106
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) "Elsevier" nəşriyyatının ən böyük kimya məlumat bazası olan “Reaxys” akademik verilənlər bazasını "Kimya texnologiyaları, təkrar emal və ekologiya" kafedrasının müəllim və magistr, doktorantura tələbələri üçün 1 aylıq sınaq müddətinə əldə edərək onların istifadəsinə təqdim edib.

Bu məqsədlə kafedranın əməkdaşları üçün baza ilə bağlı təlim təşkil olunub. Təlim zamanı iştirakçılara "Elsevier" nəşriyyatının nümayəndəsi Sergey Varnavskiy və "Elsevier"in rəsmi nümayəndəliyi olan "İnformascope" şirkətinin əməkdaşı Umut Yontar tərəfindən bazadan istifadə imkanları, kimyanın bütün sahələrinə dair resursların axtarış üsulları haqqında məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.