Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Nəqliyyat və logistika Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası

Kafedra müdiri

Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri
t.e.n., dosent Bayramov Razim Paşa oğlu
Tel: (+99412) 538-86-65
E-poçt: razim.bayramov@aztu.edu.az

Bayramov Razim Paşa oğlu 1959-cu ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. Orta təhsilini 1976-cı ildə Düz Cırdaxan kənd orta məktəbində fərqlənmə ilə bitirib.

1981- ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik institutunun (indiki AzTU-nun) Avtomobil nəqliyyatı fakultəsini fərqlənmə diplomu ilə bitirib, yol hərəkəti üzrə mühəndis ixtisasına yiyələnib. Həmin ildən gənc mütəxəssis kimi Avtomobil nəqliyyatının istismarı və hərəkətin təhlükəsizliyi (indiki Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi) kafedrasında assistent vəzifəsində saxlanılıb

1986-cı ildə müsabiqədən keçərək, baş müəllim vəzifəsinə seçilib.

1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adına layiq görülüb.

1993-cü ildə həmin kafedranın dosenti vəzifəsinə seçilib.

2017-ci ilin 3 iyulundan Avtomobil daşımaları və yol hərəkətinin təşkili (indiki Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi) kafedrasının müdiri vəzifəsinə seçilib. Hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır.

100-ə qədər elmi əsərin, o cümlədən 2 dərs vəsaitinin və 6 dərsliyin, xaricdə nəşr olunmuş 3 məqalənin və 2 konfrans materialının müəllifi və ya həmmüəllifidir.

Azərbayvcan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən “Yol hərəkətinin təhlükəsizliyi Komissiyası”nın üzvüdür.

2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri döş nişanı ilə, 2020-ci il 31 dekabrda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əməkdar mühəndis fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir. 4 övladı, 4 nəvəsi