Nəqliyyat və logistika

Fakültənin təqdimatı

Nəqliyyat və logistika fakültəsi 1950-ci ildən fəaliyyətə başlayıb.
1950-ci ildə Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) fəaliyyətə başladığı zaman bu fakültə Mexanika adlanıb. Sonralar fakültənin adı dəyişdirilərək Avtonəqliyyat, Nəqliyyat, Avtomexanika və dəmir yolu nəqliyyatı adlanıb.
2019-cu ildən fakültə Nəqliyyat və logistika adı ilə fəaliyyət göstərir.
Təhsil azərbaycan və rus dillərində aparılır.

Fakültənin nəzdində 2 kafedra fəaliyyət göstərir:
• Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi;
• Nəqliyyat texnikası və idarəetmə texnologiyaları.

Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 2 kafedrada 3 ixtisas üzrə bakalavr və 5 ixtisas (13 ixtisaslaşma) üzrə magistr təhsil səviyyəsində  kadr hazırlığı həyata keçirilir.

Fakültənin kafedralarında aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri yerinə yetirilir:
• Təbəqələşdirilmiş yanıcı qarışıqda işləyən avtomobil mühərrikləri;
• Azərbaycan Respublikasında nəqliyyatın inkişaf perspektivləri və səmərəliliyinin yüksəldilməsi;
• Qalındivarlı silindrlərdə çatların inkişafının modelləşməsi;
• Avtomobil daşımalarının təşkili və hərəkətin təhlükəsizliyi modelləri;
• Qara Dəniz Regionunda neft və qaz nəqlində istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və davamlılığı;
• Cismlərin mexanikasının bəzi nəzəri və tətbiqi məsələlərinin tədqiqi.

Fakültənin kafedraları respublikanın müxtəlif elm və istehsalat müəssisələri və xarici ölkə universitetləri ilə elmi əməkdaşlıq edir:
• Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi;
• “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;
• Bakı Nəqliyyat Agentliyi;
• Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;
• “Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
• “Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyəti;
• “NURGUN MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti;
• 166 Qlobal logistika şirkəti;
• “Abşeron Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti;
• “Yol Xətt" MMC;
• M.V.Lomonosov adına MDU;
• Kazan Dövlət Texniki Universiteti;
• Volqaqrad Dövlət Texniki Universiteti;
• Lvov Q.V.Karpenko adına Fizika-mexanika İnstitutu;
• RF REA mexanika problemləri İnstitutu;
• Ukrayna Mexanika İnstitutu (NAN);
• Moskva Avtomobil Yolları İnstitutu;
• Almaniyanın Darmştad Texniki Universiteti;
• Almaniyanın Kaqlsrue Universiteti;
• Almaniyanın Ştutqart Texniki Universiteti;
• Moskva,Rostov və Sank-Peterburq Dəmir yolları universitetləri.
• Xarkov və Dneprepetrovsk Dəmir yolu universitetləri;
• Özbəkistan Dəmir yolu Universiteti;
• Türkiyənin Orta Doğu Texniki Universiteti;
• Niderland, Moldova, Qazaxıstan universitetləri.