Maşınqayırma və robototexnika Maşınqayırma texnologiyası kafedrası

İxtisaslar




Kafedrada bakalavr səviyyəsində 2 ixtisas üzrə kadr hazırlanır.

 İxtisas: 050622 - Maşın mühəndisliyi

050622 – Maşın mühəndisliyi ixtisası üzrə təhsil proqramının məzunları peşə fəaliyyətinin elmi-tədqiqat, təşkilati-inzibatçılıq, layihə-konstruktor, istehsal-texnoloji, xidmət-istismar, xüsusi növləri ilə aşağıdaki peşə fəaliyyəti sahələrində çalışa bilər:

- Müxtəlif sənaye sahələri üçün rəqabətqabiliyyətli maşınlar yaratmağa, milli texnoloji mühitin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyət vasitələri, üsul və metodları məcmusu sahəsində;

- Müxtəlif xidmət təyinatlı maşınlara, onların istehsal texnologiyasına və keyfiyyətinə dair qaydalar və tələblərin, nəzarət formalarının əsaslandırılması, işlənməsi və reallaşdırılması sahəsində;

- Maşın istehsalı məhsullarının mövcüd hazırlanma texnoloji proseslərin təkmilləşdirilməsi və yeni texnoloji proseslərin, onların təchizat vasitələrinin işlənməsi sahəsində;

- Maşın istehsalının və texnoloji proseslərin riyazi, fiziki və kompüter modelləşdirilməsi, layihələndirmə metodları, müasir avtomatlaşdırma vasitələrinin tətbiqi və yeni avtomatlaşdırma vasitələrinin yaradılması sahəsində;

- Maşın istehsalı üzrə texnoloji proseslərinin, onların texnoloji təchizat vasitələrinin, avtomatlaşdırma sistemlərinin, məhsulların idarə edilməsi, nəzarət, diaqnostika və sınağı, maşınqayırma istehsalının konstruktor-texnoloji təminatı sahəsində marketinq tədqiqatlarının yüksək səmərəli işləməsinin təmin edilməsi sahəsində.

Məzun-bakalavr aşağıdaki vəzifələrdə çalışa bilər:

-       Baş texnoloq vəzifəsinə qədər yüksəlmə perspektivi ilə mühəndis-texnoloq

-       Baş kostruktor vəzifəsinə qədər yüksəlmə perspektivi ilə mühəndis- kostruktor

-       Sahə, sex, istehsalat, baş mühəndis vəzifələrinə yüksəlmə perspektivi ilə usta

-       Mövcud istehsalın meneceri

-       Alət və avadanlıqların satış meneceri

-     Rəhbərliyə qədər yüksəlmə perspektivi ilə kompüter layihələndirilməsi və istehsalın idarə edilməsi xidmətlərində

-       Şəxsi müəssisələrin direktoru

-       Mühəndis-tədqiqatçı

-       Elmi işçi 

İxtisas: 050604 - Cihaz mühəndisliyi

050604 – Cihaz mühəndisliyi ixtisası üzrə təhsil proqramının məzunları ölçmə informasiya texnologiyaları, cihaz mühəndisliyi haqqında lazımi biliklərə yiyələnməklə tibbi, aviasiya, kosmik, yanacaq-enerji komplekslərində o cümlədən neft-qaz, neft-kimya, qida sənayesi, aviasiya cihazlarının istehsalı və istismarı sənayesi və digər yüngül və ağır sənaye obyektlərində, hərbi sənaye qurğularında, ətraf mühitin peyk monitorinq sistemlərində, ekoloji və metroloji sistemlərdə, tibbi və hidroakustik informasiya-ölçmə və idarəetmə sistemlərində, obyektləri mühafizə,keyfiyyətə nəzarət, diaqnostika və digər sistemlərdə kompleks sınaqların aparılması, təhlükəsizlik sistemləri, analoq və rəqəm elektronikası, metrologiya, fotonika, sənaye elektrik sistemləri və mühərrikləri, rəqəmsal sistemlər və mikrokontrollerlər, hidravlika və pnevmatikalar və dizayn hazırlığı sahəsində yüksək səviyyəli mütəxəssis, o cümlədən biotibbi texnika mühəndisi, məhsulun, avadanlıq və qurğuların monitorinqi və nəzarəti üçün keyfiyyətə nəzarət və diaqnostika mühəndisliyi, elektrik, elektron cihazlar müühəndisliyi, metroloji nəzarət və standartlaşdırma mütəxəssisi, cihaz texnologiyası, idxal, ixrac nəzarəti cihaz və sistemləri, mürəkkəb avtomatik və avtomatlaşdırılmış sistemlərin, cihaz və avadanlığının layihələndirilməsi, dizaynı və proqramlaşdırılması, quraşdırılması və kalibirlənməsi, idarə etmə və istismarı mühəndisi və s. Kimi ixtisaslaşa bilərlər. Onların həmçinin dövlət və biznes sahələrində müxtəlif informasiya sistemlərinin istifadə olunduğu şöbələrdə, həmçinin texniki ixtisasları olan təhsil müəssisələrində iş imkanları yarana bilər.