Həmkarlar İttifaqı Komitəsi

Nabran İstirahət Mərkəzi




Azərbaycan Politexnik İnstitutunda (İndiki AzTU) 1960-cı ildən başlayaraq tətil zamanı tələbə-gənclərin bədən tərbiyəsinə və idmana cəlb edilməsi, onların sağlamlığının möhkəmləndirilməsi üçün idman-sağlamlıq düşərgəsinin yaradılması zərurəti meydana çıxmışdır. Belə bir düşərgənin yaradılması məqsədilə Azərbaycan SSR Nazirlər Soveti 28 iyun 1965-ci ildə Politexnik İnsititutu üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında sərəncam verdi. Həmin ilin iyul ayının 14-də Respublika Meşə Təsərrüfatı Baş İdarəsini əmrinə əsasən bu məqsəd üçün 4 hektar torpaq sahəsi ayrıldı. Bu sahə Bakı şəhərindən təqribən 250 km aralıda, Xəzər dənizinin şimal sahillərindəki Nabran qəsəbəsinin yaxınlığında yaşıl meşə əhatəsində, təbiətin dilbər bir guşəsində yerləşir. Sahənin dənizlə qovuşan yerində, onun lap yaxınlığında çimərliyin olması bu yerləri gözəl təbii istirahət zonasına çevirir. Həmin torpaq sahəsində istirahət etmək üçün lazimi şərait yaradılıb, idman məşğələlərinin təşkili, idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi üçün müvafiq obyektlər tikilib. Burada yeməkxana, diskoteka meydanı, idman meydançaları, həkim müayinə otağı, hamam və digər məişət obyektləri istifadəyə verilib.  Universitetin Nabran İstirahət Mərkəzi əvvəllər yalnız tələbələr üçün nəzərdə tutulmuşdur. Lakin sonralar burada professor-müəllim heyəti və digər əməkdaşların istirahəti üçün lazimi şərait yaradılıb. İndi AzTU-nun Nabran İstirahər Mərkəzində hər il 500 nəfərədək əməkdaş və tələbə yay mövsümündə istirahət edir.