Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.

    AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri
   Elvin Əmin oğlu Bəxtiyarlı
   Telefon: (+994 12) 539 12 38
   E-poçt: elvin.bextiyarli@aztu.edu.az

  

Elvin Əmin oğlu Bəxtiyarlı 1995-ci ildə Qəbələ rayonunun Qaradeyin kəndində anadan olub. 2001-2012-ci illərdə Qaradeyin kənd tam orta məktəbində təhsil alıb.

2012-2016-cı illərdə Azərbaycan Texniki Univeristetinin (AzTU) Texnoloji maşınlar fakültəsinin texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasında bakalavr təhsili alıb.

2017-2019-cu illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisasının texnoloji komplekslərin lahiyələndirilməsi ixtisaslaşması üzrə magistratura təhsili alıb.

2015-2021-ci illərdə AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri vəzifəsini icra edib. 2017-2021-ci illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin Mexatronika və maşın dizaynı kafedrasında laborant vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrından  həmin kafedranın müəllimidir. 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) 100 illik medalı ilə təltif edilib.

2021-2023-cü illərdə AzTU rektorunun köməkçisi vəzifəsində çalışıb.

Müxtəlif beynəlxalq və yerli konfranslarda elmi məqalələrlə çıxış edib.

 YAP-ın üzvüdür.

2023-cü il yanvarın 11-də AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.