Humanitar fənlər kafedrasının əməkdaşları – f.e.d., prof. Əyyub Kərimov, t.e.n., dos. Akif Nağı, fil.e.d. Eşqanə Babayeva, fil.ü.f.d., dos. Fidan Salayeva, baş müəl. Zarina Tağıyeva, baş müəl. Günəş Nuriyeva, müəllim Nurdan Əsədova, müəllim Sitarə Mirzəxanlı bakalavriat səviyyəsində və əcnəbi tələbələrin hazırlıq qruplarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediblər.
Dərs zamanı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 1918-ci ilin mart soyqırımını əks etdirən fotolar və videoçarx nümayiş etdirilib. Həmçinin faciə ilə bağlı tələbələrin hazırladıqları slaydlar təqdim olunub, şeirlər səsləndirilib.
Müəllimlər soyqırımının bəşər tarixinin ən dəhşətli faciələrindən olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmur və unutmayacaq. Həmçinin vurğulanıb ki, zaman-zaman xalqımızın başına gətirilmiş insanlığa sığmayan bütün bu dəhşətlərə, qətliamlara baxmayaraq Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda Azərbaycan bayrağının ölkənin hər bir yerində qürurla dalğalandığı qürur hissi ilə xüsusi vurğulanıb.