XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Humanitar fənlər kafedrası Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil edib

2026-02-26
9
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrası Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil edib.

Kafedranın əməkdaşları filologiya üzrə fəlsəfə doktoru dosent Həbib Mirzəyev, tarix üzrə fəlsəfə doktoru dosent Akif Nağı, filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Fərəcova, filologiya üzrə fəlsəfə doktoru dosent Pərvin Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru baş müəllim Aytən Qurbanova, baş müəllim Sonaxanım İmamova, baş müəllim Zarina Tağıyeva, baş müəllim Günəş Nuriyeva, baş müəllim Zeynəb Məmmədzadə, müəllim Sitarə Mirzəxanlı dərs zamanı XX əsrin ən böyük faciəsi Xocalı soyqırımını təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş dəhşətli bir cinayət aktı olduğunu bildiriblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Dərslərdə mövzu ilə əlaqədar prezentasiya və videoçarx nümayiş etdirilib, tələbələrin ədəbi-bədii kompozisiyaları təqdim olunub.