27 sentyabr – Anım Günü ilə əlaqədar Humanitar fənlər kafedrasının müəllimləri - fil.ü.f.d., dosent Həbib Mirzəyev, t.ü.f.d., dosent Akif Nağı, fil.ü.f.d., dosent Aynur Fərəcova, fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., dosent Pərvin Abdullabəyova, baş müəllim Sonaxanım İmamova, baş müəllim Zarina Tağıyeva, baş müəllim Günəş Nuriyeva, müəllim Vüsalə Cəfər-zadə, müəllim Rəna Nəcəfova, müəllim Nurdan Əsədova bakalvriat səviyyəsində və əcnəbi vətəndaşların hazırlıq qruplarında xüsusi dərslər təşkil ediblər.
Dərs zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, sərhədlərinin toxunulmazlığının təmin edildiyi vurğulanıb, mühüm tarixi Qələbə qazandığımız böyük iftixar hissi ilə auditoriyanın diqqətinə çatdırılıb.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotolar və videçarx nümayiş etdirilib. Həmçinin mövzu ilə bağlı tələbələrin hazırladıqları prezentasiyalar təqdim olunub, şeirlər səsləndirilib.