XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Humanitar fənlər kafedrasının müəllimləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dəsrlər təşkil ediblər

2024-04-01
340
Xəbərlər

Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., dosent Afaq Əsgərova, fil.ü.f.d., dosent Aynur Fərəcova, fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., müəllim Pərvin Abdullabəyova, fil.ü.f.d., müəllim Günay İmaməliyeva, baş müəllim Sonaxanım İmamova, müəllim Zarina Tağıyeva, müəllim Xuraman Qurbanova, müəllim Vüsalə Cəfər-zadə bakalavriat səviyyəsində (“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan tarixi”) və əcnəbi tələbələrin hazırlıq qruplarında (“Azərbaycan dili”, “Azərbaycanşünaslıq”) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediblər.

Dərs zamanı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 1918-ci ilin mart soyqırımını əks etdirən fotolar və videoçarx nümayiş etdirilib. Həmçinin faciə ilə bağlı tələbələrin hazırladıqları slaydlar təqdim olunub, şeirlər səsləndirilib. 

Müəllimlər soyqırımının bəşər tarixinin ən dəhşətli faciələrindən olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmur və unutmayacaq. Həmçinin vurğulanıb ki, zaman-zaman xalqımızın başına gətirilmiş insanlığa sığmayan bütün bu dəhşətlərə, qətliamlara baxmayaraq Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda Azərbaycan bayrağının ölkənin hər yerində dalğalandığı da xüsusi vurğulanıb.