8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrası tərəfindən xüsusi dərslər təşkil olunub.
Kafedranın əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Zeynalova, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvin Abdullabəyova, baş müəllim Zarina Tağıyeva, baş müəllim Günəş Nuriyeva, baş müəllim Zeynəb Məmmədzadə, müəllim Vüsalə Cəfər-zadə, müəllim Rəna Nəcəfova, müəllim Nurdan Əsədova dərslər zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü sayəsində qazanılan qələbənin tariximizə qızıl hərflərlə yazıldığını bildiriblər.
Qeyd olunub ki, Zəfər Günü xalqımızın milli qürur rəmzinə çevrilib.
Dərslərdə mövzu ilə əlaqədar videoçarxlar nümayiş etdirilib.