XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Humanitar fənlər kafedrasının müəllimləri Xocalı soyqırımına həsr olunmuş xüsusi dəsrlər təşkil ediblər

2024-02-26
454
Xəbərlər

Fevralın 26-da Humanitar fənlər kafedrasının əməkdaşları– t.ü.f.d., dosent Akif Nağı, fil.ü.f.d., müəllim Pərvin Abdullabəyova, baş müəllim Sonaxanım İmamova, müəllim Zarina Tağıyeva, müəllim Zeynəb Məmmədzadə, müəllim Xuraman Qurbanova, müəllim Vüsalə Cəfər-zadə  bakalvriat səviyyəsində (“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan tarixi”) və əcnəbi vətəndaşların hazırlıq qruplarında (“Azərbaycan dili”) Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər təşkil ediblər.

Dərs zamanı Xocalı soyqırımı qurbanlarının, o cümlədən ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı qətliamını əks etdirən fotolar və videçarx nümayiş etdirilib. Həmçinin faciə ilə bağlı tələbələrin hazırladıqları prezentasiyalar təqdim olunub, şeirlər səsləndirilib. 

Müəllimlər Xocalı soyqırımının bəşər tarixinin ən dəhşətli faciəsi olduğu qeyd ediblər. Bildirilib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Həmçinin qürur hissi ilə vurğulanıb ki, bu gün Azərbaycanın hər yerində, o cümlədən Xocalıda Azərbaycan bayrağı dalğalanır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.