XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Şəhid Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunan açıq dərs

2023-11-22
81
Xəbərlər

22 noyabr 2023-cü il tarixində Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., dosent Aynur Fərəcova,  fil.ü.f.d., müəllim Aynur Abdullabəyova bakalvriat səviyyəsində birinci kursa dair qruplarında tədris olunan “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə dərslərini 44 günlük Vətən müharibəsində şəhid olmuş AzTU məzunu, "Vətən uğrunda"  və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə tətif edilmiş Məhəmmədəli Mütəllim oğlu İbrahimlinin doğum günü münasibətilə onun əziz və unudulmaz xatirəsinə  həsr ediblər.

Dərs zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi döyüş yolu barədə geniş və ətraflı məlumat verilib, qəhrəman şəhidimizə həsr olunmuş videçarx və tələbələrin şəhid haqqında hazırladıqları prezentasiyalar nümayiş etdirilib.  

Şəhidin ailə üzvlərinə keçirilmiş dərslər barədə müvafiq məlumatlar verilib, dərs prosesindən çəkilmiş şəkillər və videolar onlara təqdim edilib.