XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Şəhid Murad Məmmədovun xatirəsinə həsr olunan açıq dərs

2023-12-07
215
Xəbərlər

7 dekabr 2023-cü il tarixində Humanitar fənlər kafedrasının əməkdaşı – fil.ü.f.d., dosent Afaq Zeynalova bakalvriatura səviyyəsinin birinci kursa dair 7523a2 qrupunda tədris olunan “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə dərsini 44 günlük Vətən müharibəsində şəhid olmuş AzTU məzunu, "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə tətif edilmiş Murad Yusif oğlu Məmmədovun doğum günü münasibətilə onun əziz və unudulmaz xatirəsinə  həsr edib.

Dərs zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi döyüş yolu barədə geniş və ətraflı məlumat verilib, qəhrəman şəhidimizə həsr olunmuş videçarx və tələbələrin şəhid haqqında hazırladıqları prezentasiyalar nümayiş etdirilib.  Eyni zamanda AzTU-da şəhidin adına verilmiş ixtisaslaşdırılmış auditoriyaya baxış keçirilib.

Şəhidin ailə üzvlərinə keçirilmiş dərslər barədə müvafiq məlumatlar verilib, dərs prosesindən çəkilmiş şəkillər və videolar onlara təqdim edilib.