XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Şəhid Tural Xudiyevin xatirəsinə həsr olunan açıq dərs

2023-11-27
78
Xəbərlər

27 noyabr 2023-cü il tarixində Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., dosent Aynur Fərəcova,  fil.ü.f.d., müəllim Aynur Abdullabəyova bakalvriat səviyyəsində birinci kursa dair qruplarında tədris olunan “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə dərslərini 44 günlük Vətən müharibəsində şəhid olmuş AzTU məzunu, "Vətən uğrunda",  "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə tətif edilmiş Tural Rəfayıl oğlu Xudiyevin doğum günü münasibətilə onun əziz və unudulmaz xatirəsinə  həsr etdiblər

Dərs zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi döyüş yolu barədə geniş və ətraflı məlumat verilib, qəhrəman şəhidimizə həsr olunmuş videçarx və tələbələrin şəhid haqqında hazırladıqları prezentasiyalar nümayiş etdirilib.  

Şəhidin ailə üzvlərinə keçirilmiş dərslər barədə müvafiq məlumatlar verilib, dərs prosesindən çəkilmiş şəkillər və videolar onlara təqdim edilib.