Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya, texnologiya, təkrar emal və ekologiya kafedrasının təşəbbüsü ilə siqaret tullantılarının iqlimə zərərli təsirinin azaldılması ilə bağlı tədbir həyata keçirilib.
Belə ki, ətrafdan toplanan siqaret kötükləri çeşidlənərək təkrar emal prosesinə yönləndirilib. Qeyd olunub ki, bu tədbirlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci istiqamətinə (İqlim dəyişikliyinə qarşı mübarizə - SDG 13) yğun həyata keçirilib.
Siqaret tullantılarının düzgün idarə olunması onların açıq mühitdə parçalanması və ya yandırılması nəticəsində yaranan zərərli qazların və toksik maddələrin yayılmasının qarşısını alır. Bu isə həm hava keyfiyyətinin qorunmasına, həm də atmosferə buraxılan karbon emissiyalarının azalmasına müsbət təsir göstərir.