XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

"İqtisadi-ekoloji dayanıqlı inkişafa keçid" mövzusunda dəyirmi masa

2024-04-26
505
Xəbərlər

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Texniki Universitetinin (AzTU) 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq Dayanıqlı İnkişaf İnstitutunda İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə "İqtisadi-ekoloji dayanıqlı inkişafa keçid" mövzusunda dəyirmi masa təşkil olunub.

İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Aytən Şıxıyeva Dayanıqlı İnkişaf Konsepsiyasının ekoloji aspektləri, ətraf mühitin mühafizəsi siyasətinin meyarları, təbii sərvətlərdən səmərəli istifadə, müəssisədə ekoloji menecment sisteminin elementləri, ətraf mühitdən və təbii ehtiyatlardan istifadə üzrə hesabat göstəriciləri haqqında çıxış edib.

Məruzədən sonra dəyirmi masa iştirakçıları ətraf mühitin ekoloji problemlərinin təsnifatı, ekоlоji prоblеmlərin altеrnativ həll variantları, az tullantılı və rеsurslara qənaət еdən tехnоlоgiyaların inkişafı, tехnоlоji dəyişikliklər və digər məsələlər haqqında müzakirə aparıblar.