İnformasiya və telekommunikasiya texnologiyaları Kompüter texnologiyaları kafedrası

İxtisaslar




050616–İnformasiya texnologiyaları ixtisası (fənlər)

Bu ixtisas üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər.

050620–Kompüter mühəndisliyi ixtisası (fənlər)

Bu ixtisas müasir hesablama sistemlərinin, kompüterlə idarə olunan avadanlıqların və intellektual qurğular şəbəkələrinin proqram və aparat komponentlərinin layihələndirilməsi, qurulması, tətbiqi və texniki xidməti üzrə elm və texnologiyanı özündə təcəssüm etdirən ixtisasdır.

Bu ixtisaslara yiyələndikdən sonra məzunlar aşağıdakı sahələrdə iş imkanlarına malik ola biləcəklər: 

- Kompüter texnologiyaları mütəxəssisi;

- İnformasiya texnologiyaları mütəxəssisi;

- Şəbəkə inzibatçısı;

- Sistem inzibatçısı;

- Proqramçı;

- Veb saytların yaradılması və idarə edilməsi;

- Verilənlər bazası inzibatçısı;

- Kompüter təhlükəsizliyi mütəxəssisi;

- Proqram-texniki dəstək mütəxəssisi.