Logistika və Nəqliyyat İnstitutu magistr dissertasiyası və fəlsəfə doktoru dissertasiyalarının istehsalatın tələblərinə uyğun mövzular əsasında həyata keçirilməsinə nəzarət  edir və dəstək verir.

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqraməna uyğun olaraq Logistika və Nəqliyyat İnstitutunda Yol Hərəkətinin Təşkili və Təhlükəsizliyi Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir.

Logistika və Nəqliyyat İnstitutu müntəzəm olaraq Azərbaycan Respublikasında logistika və nəqliyyat sahəsində icrası nəzərdə tutulan layihələrin (dövlət proqramları və özəl şirkətlərin sifarişləri əsasında) icrasında iştirak etməyi əsas tutur. Bu məqsədə uyğun olaraq institut respublikanın aparıcı nəqliyyat təşkilatları (Bakı Beynəlxalq Dəniz Limanı, Abşeron Logistika MMC, AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi)) və onların müvafiq strukturları ilə yaxından əməkdaşlıq edir. 

Logistika və Nəqliyyat İnstitutunun yerinə yetirdiyi layihələrə respublikanın müvafiq sahə üzrə təcrübəli mütəxəssisləri, o cümlədən Nəqliyyat logistiksaı və hərəkətin təhlükəsizliyi, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının professor-müəllim heyəti cəlb olunur.

Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutu Azərbaycan Respublikasının 16 şəhərində (Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi) şəhərdaxili hərəkət planının hazırlanmasının icrasını həyata keçirir. Bu məqsədlə 2023-cü ilin aprel-may aylarında göstərilən şəhələrdə əhali arasında sorğular və nəqliyyat şəbəkəsinin işinin monitorinqi həyata keçirilib. Sorğu və monitorinqlərə müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrantlar cəlb olublar. Sorğu və monitorinqdən əvvəl tələbələrə işin aparılması ilə əlaqədar təlimlər keçirilib. Sorğu və monitorinq nəticələri analiz edildikdən sənrə şəhərlərin ictimaiyyəti ilə görüşlər keçirilərək müzakirə olunub.

Logistika və Nəqliyyat İnstitutu aşağıda göstərilən layihələrin həyata keçirilməsində iştirak edib

-CRENG (Erasmus K2+) (Crisis and risk engineering for transport services) magistr proqramı;

-İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərar qəbuletmə mexanizmlərinin işlənməsi (pilot olaraq Abşeron və Qobustan rayonunun nəqliyyat sektorunun timsalında);

-Logistika və Nəqliyyat (Sabah) magistr proqramı;

-Azərbaycan Respublikasında taksi xidmətlərinin rəqəmsal platformada təşkili konsepsiyasının hazırlanması;

-İçərişəhər ərazisində hərəkət planının hazırlanması;

-Azərbaycan Respublikasının şəhərlərində şəhərdaxili mobillik (hərəkətlilik) planının hazırılanması.