Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xüsusi texnika və texnologiya Radioelektron və aerokosmik sistemlər kafedrası

Kafedra müdiri

Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri
fizika-riyaziyyat elmləri doktoru, professor
Vaqif Əli oğlu Məhərrəmov
Tel: (+994 12) 538-35-54
E-poçt: vaqif.maharramov@aztu.edu.a

Vaqif Əli oğlu Məhərrəmov 6 iyun 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə Mahalında anadan olub.

1972-ci ildə Azərbaycan Politexnik İnstitunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika (indiki İnformasiya və telekommunikasiya texnologiyaları) fakultəsinin Radioyayım və radiorabitəsi mühəndisi ixtisasını bitirib.

1985-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2003-cü ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1998-cu ildə Radiotexnika kafedrası üzrə dosent, 2009-cu ildə isə professor elmi adını alıb.

Əmək və elmi-pedaqoji fəaliyyəti:

1972-1980-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şamaxı astrofizika Rəsədxanası (ŞAR), böyük və baş mühəndis vəzifələrində işləmiş, Günəş fizikası və astrofiziki cihazqayırma problemləri ilə məşğul olub, ŞAR tarixində ilk ixtiranın müəllifidir.

1980-1990-cı illərdə Keçmiş Sovetlər İttifaqı Başkosmosun “Kosmik Tədqiqatları” Elm İstehsalat Birliyində, laboratoriya və şöbə müdiri vəzifələrində işləyərək, kosmik şəkillərin deşifrasiyası, infraqırmızı diapazonda işləyən yerüstü və kosmik cihazqayırma problemləri ilə məşğul olub. Moskvanın Kosmik Tədqiqatları İnstitutu ilə aparılan bir çox dövlət əhəmiyyətli, məxvi “Asteroid” və “Maqellan” təsərrüfat hesablı müqavilələrin elmi rəhbəri və baş konstruktoru olub.

1990-1993-cü illərdə Səhiyyə Nazirliyinin “Farmakologiya və Xalq Təbabəti” Elm İstehsalat Birliyinin “Tibbi cihazqayırma” Xüsusi Konstruktor-Texnoloji Bürosunda direktor vəzifəsində işləyib, tibbi cihazqayırma problemləri ilə məşğul olub.

1982-1989-cu illərdə Keçmiş Sovetlər İttifaqının Elmlər Akademiyasının Astronomik sovetinin Günəş fizikası bölməsinin “Günəş cihazları” işçi qrupunun üzvü olub.

1992-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və astrofizika kafedrasının, 1998-2000-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz radioavadanlığı kafedrasının müəllimi olub.

1985-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin Ümumi və nəzəri radiotexnika kafedrasının dosenti vəzifəsində işləyib.

2001-2003 cü illərdə Radiotexnika və rabitə fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləyib.

2003-2005-cü illərdə BMT-nin inkişaf proqramında Azərbaycan Respublikasında Fövqəladə hallarda rabitə və xəbərdarlıq sisteminin yaradılması proqramında Rabitə və xəbərdarlıq üzrə milli ekspert işləyib.

2005-2015 ci illərdə Radiotexnika, 2016-cı ildən Radiotexnika və televiziya sistemləri, 2019-2020 illər Radiotexnika kafedrasının müdiri vəzifəsində işləyib.

2021-ci ildən isə Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri təyin olunub.

Bakalavr tədrisində – Astronomiya, Astrofizika, Praktik astrofizika, Analoq elektron qurğuları, Radiotexniki dövrələr və siqnallar, Radioverici qurğuları, Radioqəbuledici qurğuları, Anten-fider qurğuları, Radioyayım sistemləri və Radioidarəetmə fənlərindən mühazirələr oxuyub, kurs layihələrinə, mühəndis diplom və bakalavr buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edib.

Radiotexnika istiqaməti üzrə bakalavr və magistr dərəcəsi verən Dövlət İmtahan komissiyasının, universitet və fakultə Elmi Şuralarının üzvü olub.

2017-2019-cu illərdə AAK-ın Ekspert Şurasının, 2006-2017-cı illərdə AzTU-nun, 2012-2019-cı illərdə isə Şamaxı Astrofizika Rəsədxanasının İxtisaslaşmış müdafiə şuralarının üzvü olub.

Elmi-pedaqoji fəaliyyəti dövründə 135 elmi-texniki məqalənin, o cümlədən 1 monoqrafiyanın, 5 ixtiranın və 5 patentin, 3 dərsliyin, 5 dərs vəsaitinin və 15 metodik göstərişin müəllifidir.