Radioelektron və aerokosmik sistemlər kafedrası 9 fevral 2021-ci ildə Azərbaycan Texniki Universitetinin Elmi Şurasının 27 noyabr 2021-ci il tarixli iclasının qərarı əsasında Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində hərbi təyinatlı yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanması mədsədilə yaradılıb.
AzTU-da radioelektronika sahəsində yüksək ixtisaslı mütəxəsislərin çatışmazlığını nəzərə alaraq, elmi-pedaqoji kadrlardan və hazırda Müdafiə Sənayesi Nazirliyi (MSN) və hərbi təyinatlı ali məktəblərdə tədrislə məşğul olan və Müdafiə Nazirliyi (MN)-də bu istiqamətdə çalışmış mütəxəssislər yeni yaradılan kafedraya cəlb olunmuşdur.
“Radioelektron və aerokosmik sistemlər” kafedrası əsas elmi istiqamətləri aşağıdakılar hesab olunur:
- Hərbi təyinatlı rabitə vasitələri və sistemləri;
- Radioelektron mübarizə vasitələri və texnologiyaları;
- Aerokosmik sistemlər;
-Optotexnika sistemləri, cihazları və qurğuları;
- Hərbi sistemlər mühəndisliyi;
- Radiotexniki kəşfiyyat və monitoring;
- Hava hucumundan müdafiə sistemləri və qurğuları.