![]() |
Yadullah Babayev Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Texnika üzrə fəlsəfə doktoru, dosent E-poçt: yadullah.babayev@aztu.edu.az
Dos. Yadullah Babayev 1992-ci ildə Bakı şəkəri 178 nömrəli tam orta məktəbi bitirmişdir. 1998-ci ildə Türkiyənin Süleyman Dəmirəl Universitetinin Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr, 2000-ci ildə Azərbaycan Texniki Universitetində magistr səviyyəsində təhsilini başa vurmuşdur. 2007-ci ildə Türkiyə Respublikası Dokuz Eylul Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda o, “Nano ölçülü metal tozlarla modifikasiya olunmuş kompozit polimer materialların mexaniki xassələri” mövzusunda elmlər doktorluğu işi üzərində çalışır. Yadullah Babayev nano və mikro struktur materialların mexaniki və triboloji xassələri, toz metalurgiyası, fiziki və texnoloji proseslərin modelləşdirilməsi və mexaniki yüklərə qarşı davamlı kompozit materialların tədqiqi ilə məşğuldur. O, 50-dən çox yerli və beynəlxalq elmi məqalənin, konfrans materialının müəllifidir. Onun elmi nəticələri beynəlxalq indeksli jurnallarda çap olunmuş, tədqiqatları TEMPUS, "Erasmus+" çərçivəsində və "BP Azerbaijan" şirkətinin dəstəyi ilə bir sıra layihələrdə iştirak edib. Dr. Babayevin 25 ildən artıq pedaqoji və elmi fəaliyyət təcrübəsi vardır. O, Azərbaycanda, Türkiyədə, Nigeriyada və ABŞ-da bir sıra ali təhsil müəssisələrində müəllim, kafedra müdiri, dekan, tədqiqatçı və texnoloji transfer üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2015-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Proqramı çərçivəsində postdoktoral tədqiqat aparmışdır. Hal-hazırda AzTU-da həm fakültə dekanı, həm də Texnologiya Transfer Ofisinin direktoru vəzifələrini icra edir. Dr. Yadullah Babayev həmçinin tədris prosesində fəal iştirak edir. Aşağıdakı fənlərin tədrisini həyata keçirmişdir:
Tədris etdiyi fənlər tələbələrdə nəzəri biliklə yanaşı, praktiki düşüncə və analitik bacarıqların inkişafını hədəfləyir. O, universitetin innovasiya fəaliyyətinin təşkili, sənaye ilə əməkdaşlıq və texnologiyaların kommersiyalaşdırılması sahəsində fəaliyyətlər üzərində işləyir. Hazırda AzTU-da Texnologiya Transfer Ofisinin rəhbəri olaraq sənaye ilə birgə layihələrin hazırlanması, texnoparkların inkişafı, startap və spin-off təşəbbüslərinin dəstəklənməsi, TTO-nun ISO 56001:2020 innovasiya idarəetmə standartları üzrə qurulması istiqamətində iş aparır. Mükafatlar və nailiyyətlər:
|