Xüsusi texnika və texnologiya

Xüsusi təyinatlı material və vasitələr kafedrası

Xüsusi təyinatlı material və vasitələr kafedrası Azərbaycan Texniki Universitetinin Elmi şurasının 27 noyabr 2021-ci il tarixli iclasının qərarı əsasında “Xüsusi texnika və texnologiya” fakültəsinin tərkibində hərbi təyinatlı yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanması mədsədilə yaradılıb.

Xüsusi təyinatlı material və vasitələr kafedrası Xüsusi texnika və texnologiyalar fakültəsinin tərkibində fəaliyyət göstərərək, Ali ixtisas təhsilinin dövlət standartının “Hərbi kompozisiya materialları mühəndisliyi” və “Pirotexniki və partladıcı vasitələr mühəndisliyi” ixtisasları üzrə hazırlığın məzmununa və səviyyəsinə qoyulan tələblər əsasında kadr hazırlığı həyata keçirir.

Kafedrada ixtisaslar üzrə tədris prosesi dövlət təhsil standartlarına uyğun hazırlanıb, AzTU-nun rektoru tərəfindən təsdiq edilən tədris planı əsasında həyata keçirilir.

Kafedrada dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, sərbəst işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi), referat və s. daxildir.

Kafedrada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir. Kafedrada ali təhsil səviyyələri üzrə elmi araşdırmalar aparılır. Kafedradanın elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.

Müdafiə Sənayesi Nazirliyinin “Cihaz İB” və Elmi Tədqiqat institutu ilə AzTU arasında bağlanmış elmi-texniki əməkdaşlıq dair Memorandumlara uyğun olaraq 2021-2022-ci tədris ilində nazirliyin müəssisələrində kafedranın tədris laboratoriyaları və ixtisaslaşdırılmış mühazirə otaqları yaradılmışdır. 2022-2023-cü tədris ilindən başlayaraq 3-cü və 4-cü kursların ixtisas dərsləri  “Cihaz İB”-də və Elmi Tədqiqat institutunda həmin müəssisələrin aparıcı mütəxəssisləri və kafedranın professor-müəllim heyəti tərəfindən aparılır.