Xüsusi texnika və texnologiya Xüsusi təyinatlı material və vasitələr kafedrası

İxtisas




İxtisas: XTB050104 - Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

Məqsəd: Enerji tutumlu materialların alınması və onların texnologiyasının təkmilləşdirilməsi sahəsində nəzəri və tətbiqi məsələlərin həlli üçün peşəkar səriştələrə malik bakalavr və magistrlərin hazırlanması.

Aktuallığı: Təhsil proqramı xüsusi sahələr üçün aktualdır: Müdafiə Sənayesi Nazirliyi, təhsil və elmi-tədqiqat sahələri, həmçinin Fövqəladə Hallar Nazirliyi, istehsal müəssisələri.

Müqayisəli təhlil: Təhsil proqramının fənlərinə görə məzmunu xarici universitetlərin müvafiq proqramı ilə oxşardır. Fənlərin məzmunu baxımından əsasən fundamental məsələlərdə ardıcıllıq müşahidə olunur.

Fənlərarası əlaqə: Partlayıcı maddələr və pirotexnika bu gün müxtəlif sahələrdə istifadə olunur: kimya, dağ-mədən, müdafiə, dağ-mədən, aerokosmik sənayelərinin müxtəlif müəssisələri.

 

İxtisas:  XTB050101 - Hərbi kompozisiya materialları mühəndisliyi

Məqsəd: Üstün xassəli kompozitlərin alınması və onların texnologiyasının təkmilləşdirilməsi sahəsində nəzəri və tətbiqi məsələlərin həlli üçün peşəkar səriştələrə malik bakalavr və magistrlərin hazırlanması.

Bu ixtisas üzrə mühəndislərin peşəkar hazırlığı yeni kompozit materialların, o cümlədən nanomaterialların və onlardan hazırlanan məhsulların yaradılması sahəsində innovativ fəaliyyətə, habelə İT texnologiyalarından istifadə etməklə, texnoloji proseslərin və texnoloji avadanlıqların işlənib hazırlanmasına yönəldilmişdir.

Müqayisəli təhlil:

Təhsil proqramının fənlərinə görə məzmunu xarici universitetlərin müvafiq proqramı ilə oxşardır. Fənlərin məzmunu baxımından əsasən fundamental məsələlərdə ardıcıllıq müşahidə olunur.