İnformasiya və telekommunikasiya texnologiyaları Mühəndis riyaziyyatı və süni intellekt kafedrası

Ixtisas




Kompüter elmləri ixtisası

Bu ixtisas hesablama texnikası, proqramlaşdırma, süni intellekt, informasiya sistemləri və texnologiyaları sahəsində mütəxəssislərin fəaliyyəti zamanı istifadə olunan nəzəri və praktiki bilikləri əhatə edən müasir, perspektivli və daima inkişaf edən elm sahələri üzrə bakalavr hazırlığı üçün nəzərdə tutulub. Bu ixtisas tələbələrə kompüter sistemlərinin arxitekturası, sistem və tətbiqi proqram təminatı, alqoritmlər nəzəriyyəsi, proqramlaşdırma dilləri, verilənlər bazası, verilənlərin strukturu və təhlili, modelləşdirmə, layihələndirmə, kompüter şəbəkələri, kompüter qrafikası və əlavələrlə iş üzrə əsaslı biliklərə yiyələnməyə imkan verir.