XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Hər bir şəxsin ətraf mühitin qorunmasında rolu” mövzusunda ingilis dilində debat təşkil olunub

2025-04-24
107
Xəbərlər

22 aprel – Beynəlxalq Yer Günü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi altında kafedranın müəllimləri Kubra Salmanova və f.ü.f.d. Təbərrük Cahangirli tərəfindən İnformasiya texnologiyaları və telekommunikasiya, eləcə də İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbələri üçün “Hər bir şəxsin ətraf mühitin qorunmasında rolu” mövzusunda ingilis dilində debat təşkil olunub.

İki saat davam edən debat zamanı tələbələr mövcud ekoloji problemləri daha dərindən anlamaq, “ eko-dost” həyat tərzinin yollarını araşdırmaq, arqumentasiya bacarıqlarını inkişaf etdirmək və eyni zamanda ingilis dilində danışıq və ictimai çıxış bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.

Sonda iştirakçılara sertifikat təqdim olunub.