Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




İqtisadiyyat və idarəetmə Xarici dillər kafedrası

Kafedra müdiri

Xarici dillər kafedrasının müdiri,
filologiya elmləri doktoru,dosent
Səbinə Alməmmədova
Tel: (+994 12) 539 19 43
              (+994 50) 346 43 12
E-poçt: sabina.almemmedova@aztu.edu.az

Səbinə Məmməd qızı Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olub.

1979-1989 – illərdə Bakı şəhəri 238 saylı orta məktəbi bitirib.

1989-1994 Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olub.

1994-2004-cü illərdə AMEA RH Analıtik informasiya şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində calışıb.

2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixi şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasında ingilis dilini tədris edir.

2008 - ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası ixtisası üzrə dosent elmi adı verilib.

2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda filologiya elmləri doktorluq müdafiyəsini edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix institunun 25 kitabını İngilis dilinə tərcümə edib və həmin kitablar Nyu Yorkda, Londonda, Bişkekdə və s. yerlərdə nəşr olunub.

S.Alməmmədova 1 dərslik, 2 lüğət, 7 monoqrafiya 1 metodik vəsait, 90 elmi məqalənin Azərbaycanda və xaricdə (ABŞ, Avstraliya, Hindistan, Canada, Türkiyə, Gürcüstan, Moskva, Ukraina və s.) müəllifidir.

17.08.20 tarixindən etibarən Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri vəzifəsini icra edir.