Xarici dillər kafedrasında tədris bakalavr üçün dörd dildə (ingilis, rus, alman, fransız) aparılır. Hər semestr üçün məşğələ dərsləri həftədə 5–6–7 saat olmaqla 18 həftə nəzərdə tutulur. İllik dərs yükü bütün fənlər üzrə (ingilis, rus, alman, fransız) 245 saatdır.
Tədris işçi proqramları (sillabuslar) hər bir fənnin (ingilis, alman, rus, fransız) proqramına uyğun hazırlanıb və onların elektron versiyası da kafedranın kitabxana bölməsində yerləşdirilib.
Xarici dillər kafedrasında müasir dilin tədrisi sahəsində innovativ metodlar aşağıda qeyd olunan qaydada həyata keçirilir.
Dərslər yaradıcı şifahi təcrübəni inkişaf etdirən strukturlaşdırılmış bir yanaşmaya malikdir. Tələbələr təqdimatlar, debatlar, simulyasiyalar, rol oyunları keçirərək danışıq qabiliyyətlərini inkişaf etdirmək üçün fürsət əldə edirlər. Dərslərin ümumi və tematik təşkili intellektual və emosional stimullaşdırmanı təbliğ edir. Dərslikdəki mövzular tənqidi düşünməyə təkan verən cəlbedici məzmuna əsaslanır.
Dərslikdən əlavə müəllimlər hər bölməyə aid tematik olaraq uyğun olan “TED Talks”, “YouTube”un orijinal dinləmə materiallarından və əlavə mətnlərdən istifadə edəcəklər. Müəllimlər bu orijinal dinləmə materialları əsasında dinləmə tapşırıqları hazırlayırlar.
Dinləmə materiallarının dərk edilməsi səviyyəsi aşağıdakı tapşırıqların köməyi ilə qiymətləndiriləcək:
a) Tələbələr dinləmə tapşırıqlarının əsasında qurulan sualları cavablandırarkən səslərini yazaraq, müəllimlər isə həmin səs yazısına əsasən qiymətləndirmə aparacaqlar;
b) Verilən suallara əsaslanaraq tələbələr dinləmə materiallarını tənqidi təhlil edirlər;
c) Tələbələr əsas arqumentləri ümumiləşdirərək dinləmə tapşırığından nəticə çıxarırlar.
Orijinal materiallar tələbələrin peşə ehtiyaclarını da əhatə edir. Tələbələrin ixtisasına əsaslanan xüsusi tapşırıqlar həftəlik təyin edilir.
Tələbələr yazı bacarıqlarını inkişaf etdirərək auditoriyanı müəyyənləşdirməyi, güclü arqument inkişaf etdirməyi, tezis və mövzuya uyğun cümlələr qurmağı, arqument yazmağı və həmin arqumentin əsaslandırılması üçün detalları təsvir etməyi, düzgün paraqraflar yazmağı, paralel strukturlardan istifadə etməyi, konspekt yazmağı, yaxşı strukturlaşdırılmış esse yazmağı, eləcə də səbəb və nəticələri ümumiləşdirməyi öyrənirlər.
Dərsin təcrübə hissəsi yazı hissəsinə inteqrasiya olunan ritorik və tənqidi oxu vərdişlərinin inkişafına əsaslanır. Yazı bölməsi akademik bacarıqlara fokuslanmış və tematik əsaslı yazı tapşırıqlarını özündə birləşdirir.
Oxu tapşırıqları mənanı proqnozlaşdırmağa, oxuda əsas mənanı və detalları müəyyən etməyə, müəllif fərziyyələrini müəyyənləşdirməyə və xüsusi vurğulanmış mesajı aşkar etməyə əsaslanır.