XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Mədəniyyətlərin dialoqunda xarici dildə peşəkar ünsiyyətin tədrisi: nailiyyətlər və perspektivlər” adlı seminar keçirilib

2024-01-25
327
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrası bə Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin Mühəndislik və İqtisadiyyat fakültəsinin Mədəniyyətlərarası Peşəkar Kommunikasiyalar departamentinin təşkilatçılığı ilə “Mədəniyyətlərin dialoqunda xarici dildə peşəkar ünsiyyətin tədrisi: nailiyyətlər və perspektivlər” adlı III universitetlərarası beynəlxalq elmi-metodiki seminar keçirilib.

Seminarda Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova və kafedranın professor-müəllim heyəti iştirak edib. Kafedranın dosenti Xatirə Məmmədova – Rəhimova “AzTU-da rus dilində işgüzar və akademik ünsiyyətdin tədrisində yeni yanaşma”, Famil Məmmədov “İngilis dilinin effektiv tədris strategiyaları”, Zibahət Nəsirova “Alman dilinin yeni tədris metodikası”, Aybəniz Həsənova “Fransız dilinin tədrisində kommunikativ üsullar” mövzusunda məruzə ilə çıxış ediblər.