XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Şəhid Rəşad Mehdiyevin xatirəsinə həsr olunan dərs

2024-04-24
329
Xəbərlər

Humanitar fənlər kafedrasının əməkdaşları – fil.ü.f.d., dosent Afaq Əsgərova, fil.ü.f.d., dosent Nərminə İsayeva, fil.ü.f.d., dosent Aynur Fərəcova və fil.ü.f.d., müəllim Pərvin Abdullabəyova bakalavriat səviyyəsində və əcnəbi vətəndaşların hazırlıq qruplarında tədris olunan fənlər (“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan tarixi”, “Azərbaycanşünaslıq”) üzrə dərslərini 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn AzTU məzunu, "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə tətif edilmiş Rəşad Rəhman oğlu Mehdiyevin doğum günü münasibətilə onun əziz və unudulmaz xatirəsinə həsr ediblər.

Dərs zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi döyüş yolu barədə geniş və ətraflı məlumat verilib. Qəhrəman şəhidimizə həsr olunmuş videçarx və tələbələrin şəhid haqqında hazırladıqları təqdimatlar nümayiş etdirilib.  

Şəhidin ailə üzvlərinə keçirilmiş dərslər barədə müvafiq məlumatlar verilib, dərs prosesindən çəkilmiş şəkillər və videolar onlara təqdim edilib.