XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Tələbələr üçün “TED Talks” formatında tədbir keçirilib

2025-05-20
90
Xəbərlər

AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 6224R qrupunun tələbələri yumşaq bacarıqlar və Rubik kubunun yığılması kimi intellektual hobbilər mövzusunda “TED Talks” formatında tədbirdə iştirak ediblər. Xarici dillər kafedrasının təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirin danışıq dili ingilis dili olub.

Tədbir digər tələbələrin də marağına səbəb olaraq, onları da oxşar fəaliyyətlər təşkil etməyə təşviq edib. Bu təşəbbüs iştirakçıların həm ictimai çıxış bacarıqlarının, həm də ingilis dili biliklərinin inkişafına töhfə verib.