XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrası Almaniyada Milad Bayramı həftəsinə həsr olunmuş mədəni-maarifləndirici tədbir təşkil edib

2025-12-30
95
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrası Almaniyada Milad Bayramı həftəsinə həsr olunmuş mədəni-maarifləndirici tədbir təşkil edib.

Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi ilə kafedranın baş müəllimi Nilufər Hüseynova və DAAD lektoru Klaudio Kasperl tərəfindən keçirilən tədbirdə AzTU-nun I və II kurs tələbələri iştirak edib.

Tədbirə Özbəkistan Pedaqoji Universitetinin müəllimi Shoira Nuritdinova qonaq qismində qatılıb.

Shoira Nuritdinova tələbələrin dərslikləri, dərsin planlaşdırılması, əlavə tədris materiallarının istifadəsi ilə yaxından tanış olub, eyni zamanda onların hazırladığı Milad Bayramına həsr olunmuş proqramı böyük maraqla izləyib.

Tədbir çərçivəsində tələbələr Almaniyada Milad Bayramının mahiyyəti, bayrama hazırlıq mərhələləri, Miladdan öncə keçirilən ənənələr, Milad şirniyyatları və simvolları haqqında ətraflı məlumat veriblər.

Bununla yanaşı, tələbələr tərəfindən Alman dilində Milad mahnıları və şeirlər səsləndirilib.