XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrası Novruz bayramı münasibətilə interaktiv dərslər təşkil edib

2026-03-16
116
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Novruz bayramı münasibətilə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədovanın rəhbərliyi ilə kafedranın müəllimi Solmaz Cəfərquliyeva “Novruz: A Celebration of Renewal and Culture” mövzusunda ingilis dilində interaktiv dərs təşkil edib.

Tədbir çərçivəsində İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 6425e qrup tələbələri Novruz bayramının tarixi, adət-ənənələri və simvolları haqqında təqdimat hazırlayaraq çıxış ediblər.

Təqdimat zamanı Novruzun mədəni əhəmiyyəti, baharın gəlişi və yenilənmə ideyası barədə məlumat verilib, bayramın milli-mədəni dəyərlər sistemində tutduğu yer vurğulanıb.

Dərs zamanı tələbələr Novruz bayramının mahiyyəti, mədəni kimlik və yenilənmə anlayışları ətrafında fikir mübadiləsi aparıb, müxtəlif interaktiv fəaliyyətlərdə iştirak ediblər.