XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrasının rus dili müəllimləri üçün vebinar keçirilib

2025-04-24
18
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova və  kafedranın rus dili müəllimləri 2025-ci ilin aprel ayında Moskva Dövlət Universitetinin Rus dili Tədris Mərkəzi tərəfindən təşkil olunan onlayn vebinarlarda iştirak edib. Bir çox xarici ölkələrdən olan iştirakçıların qatıldığı tədbirdə 23 aprel tarixində “Xarici vətəndaşı TRKİ imtahanına necə hazırlamalı: ümumi tövsiyələr”, növbəti gün isə “İnteraktiv vərəqlər: RKİ tədrisi üçün müasir alət” mövzusunda çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Sonda AzTU-nun əməkdaşları mövzuların kafedrada həyata keçirilən innovasiyalar kontekstində xüsusilə aktuallıq kəsb etdiyini, bu səpkili vebinarların keçirilməsinin əhəmiyyətini qeyd edib, müəllimlər tərəfindən müasir yanaşmaların mənimsənilməsinin və tətbiq edilməsinin vacibliyini bildiriblər.