XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Dil öyrənməsinin neyroelmi izahı” mövzusunda vebinar keçirilib

2026-02-11
129
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Dil öyrənməsinin neyroelmi izahı” mövzusunda vebinar keçirilib

Vebinarda Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova son tədqiqatlar nəticəsində xarici dil öyrənməsinin beynin neyron şəbəkələrində dəyişikliklər yaradaraq, dil bacarıqlarını yaddaş və assosiasiya mexanizmləri vasitəsilə inkişaf etdirdiyini bildirib. O, dilin qavranılması və istehsalında “Broca” və “Wernicke” sahələrinin, hipokam-pusun və prefrontal kortexsin funsiyaları, o cümlədən beyin əsaslı öyrənmə yanaşmalarının (oyun əsaslı öyrənmə və s.) effektliyini də vurğulayıb.

Tədbirdə kafedranın müəllimləri Sənubər Həmidli, Pakizə Həziyeva və digərləri nevrologiya və koqnitiv elmlərin müasir nailiyyətləri nəzərə alınmaqla ingilis dili bacarıqlarının inkişafı üçün optimal metodların müəyyənləşdirilməsi və praktiki tətbiq imkanlarının araşdırılmasına dair məruzlərlə çıxış edib. 

Afaq İsmayılzadə məruzəsində beynin müxtəlif bölgələrinin dil öyrənmə prosesində iştirak etdiyini  deyib və neyrooplastikliyin yeni dillərin mənimsənilməsində mühüm rol oynadığı haqqında elmi  araşdırmasını təqdim edib. Beyinə əsaslanan öyrənmə üsulları, multisensor yanaşmalar, neyrooplastiklik prinsipləri və innovativ texnologiyalar (süni intellekt, virtual reallıq) ingilis dilini daha effektiv öyrənməyə imkan verdiyini izah edib.