Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Xarici dilin öyrənilməsində innovativ strategiyalar” mövzusunda vorkşop keçirilib.
Tədbir çərçivəsində keçirilən təlimlərdə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova müasir təhsildə yeni yanaşmaları tətbiq etməyi və təlimin müxtəlif formalarda tədris olunmasına ehtiyac olduğunu vurğulayıb. Yeni pedaqoji yanaşmalar artıq bütün fənlərdə olduğu kimi eləcə də xarici dilinin tədrisində əks olunmağa başlayıb və dilin tədrisinin yeni məzmuna, struktura və məqsədlərə malik olmasını özündə əks etdirməlidir
Tədbirdə kafedranın müəllimləri Sevil Məmmədova, Aysel Yusubova, Aygül Xəlilova, Elmira Hüseynova müasir təlim texnologiyası - öyrənmə və öyrətmə fəaliyyətinin təşkilində, pedaqoji prosesin gedişində, yeniləşməsində, qiymətləndirmədə və digər təlim xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş, forma, üsul və tərzlərin kompleks və əlaqəli həyata keçirilməsi mövzularında çıxış ediblər.
Tədbir çərçivəsində 4 vorkşop təqdim olunub. Kafedra əməkdaşlarının təqdimatları ilə ingilis dilinin tədrisində yaranan çətinliklər, onların həlli yolları, tələbələrin biliyinin qiymətləndirilməsi, tendensiyalar və imkanlarla bağlı müzakirələr aparılıb.