Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “XXI əsr xarici dilin tədrisində dil bacarıqları bizə nə üçün lazımdır” mövzusunda vebinar keçirilib.
Vebinar çərçivəsində keçirilən tədbirdə Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova XXI əsrdə xarici dillərin öyrənilməsində kommunikativ kompetensiya, rəqəmsal savadlılıq və mədəniyyətlərarası ünsiyyət bacarıqlarına əsaslandığını qeyd edib. Əsas tələblər akademik biliklərdən daha çox dili peşəkar və sosial məqsədlər üçün, xüsusən də beynəlxalq mənbələrdən istifadə və yenilikləri izləmək üçün sərbəst tətbiq etməyin vacibliyini vurğulayıb.
Tədbirdə kafedranın ingilis dili müəllimi Gülnarə İsmayılova və Nilüfər Hüseynova XXI əsrdə xarici dillərin öyrənilməsinə dair əsas tələblər: kommunikativ və funksional yanaşma, rəqəmsal savadlılıq, peşəkar tətbiq, özünütəhsil və davamlılıq mövzusunda məruzələrlə çıxış edib.
Kafedranın dosenti Xatirə Məmmədova-Rəhimova “XXI əsr bacarıqları nə üçün bizə lazımdır?” məruzəsində müasirləşən və elektronlaşan dünya ilə ayaqlaşmaq üçün müasir insanın sahib ola biləcəyi bacarıqlar haqqında fikir mübadiləsi aparıb.