News

Ana səhifə Xəbərlər Xəbər

“Araştırma istiqamətləri və AI istifadəsi” mövzusunda seminar

2025-12-01
20
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının müəllimi Samir Yusifov  tələbələrə “Araşdırma istiqamətləri və AI istifadəsi” mövzusunda seminar keçib.

Seminarda tədqiqat metodlarının elmi araşdırmalardakı rolu, keyfiyyət və kəmiyyət yanaşmalarının əsas xüsusiyyətləri, anket və məzmun təhlili kimi praktiki üsullar geniş şəkildə izah edilib. Eyni zamanda, süni intellektin müasir tədqiqat proseslərinə təsiri, məlumatların avtomatlaşdırılmış emalı, böyük verilənlərin təhlili və AI-nin həm keyfiyyət, həm də kəmiyyət metodlarında tətbiqi barədə nümunələr slaydlar formasında təqdim edilib.

Seminarda çıxış edən “Offing Academy”nin rəhbəri, ingilis dili müəllimi və IELTS təlimçisi Elşən Qasımlı tələbələrə mövzu ilə bağlı vacib tövsiyələr verib.

Seminar qarşılıqlı sual-cavab formatında davam edib.