Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının müəllimi Əminə Abbasova kibertəhlükəsizlik sahəsində nüfuzlu beynəlxalq CompTIA Security+ (SY0-701) sertifikatını əldə edib.
Dünyanın bir çox ölkəsində ixtisaslı mütəxəssislər üçün baza göstərici hesab edilən bu sertifikat kibertəhlükəsizlik sahəsinə dair nəzəri biliklərin, praktiki bacarıqların və müasir yanaşmaların mənimsənilməsini əks etdirir.
Sertifikat, informasiya təhlükəsizliyinin vacib istiqamətlərini – təhlükələrin və boşluqların idarə olunması, təhlükəsizlik arxitekturasının düzgün qurulması, identifikasiya və autentifikasiya mexanizmlərinin tətbiqi, məlumatların qorunması, həmçinin kibertəhlükəsizlik insidentlərinə operativ reaksiya verilməsi kimi məsələləri əhatə edir.
Bu nailiyyət AzTU-da kibertəhlükəsizlik sahəsində tədrisin keyfiyyətinin artırılmasına, tələbələrin beynəlxalq standartlara cavab verən bilik və bacarıqlar əldə etməsinə və kafedranın akademik imkanlarının genişlənməsinə töhfə verir.