Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının 13 müəllimi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində yaradılmış imkandan yararlanaraq, ümumilikdə 70-dən çox beynəlxalq sertifikat qazanıblar.
Sertifikatlar nüfuzlu universitetlər və qabaqcıl texnologiya şirkətləri tərəfindən verilib.
Sertifikatlar kibertəhlükəsizliyin mühüm sahələri ilə yanaşı, proqramlaşdırma və süni intellekt texnologiyalarını da əhatə edir. O cümlədən, mobil proqramlaşdırma, neyron şəbəkələri, dərin öyrənmə, təbii dilin emalı və “AI” agentlərin tətbiqləri sahəsində sertifikatlar əldə edilib.