Kafedra əməkdaşlarının iştirak etdiyi beynəlxalq layihələr:
Mexanika kafedrasının əməkdaşları beynəlxalq və milli layihələrdə uğurla iştirak edirlər.
Kafedrada 2012-2016-cı illərdə Avropa Birliyinin 7-ci Çərcivə Proqramı hüdudlarında qalib gəlmiş “Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi” (Reliability and durability of machines and mechanisms used for oil and gas transportation in Black Sea Region) adlı layihə müvəffəqiyyətlə yerinə yetirilib. Bu layihə üzrə yaradılan Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) Mexanika kafedrasının müdiri, prof. Valeh Baxşəli olub.
Prof. V. Baxşəli və onun qrupu Avropa Birliyinin HORİZON 2020 Tədqiqat və İnnovasiya Proqramının "Smart nəqliyyat" istiqaməti üzrə milli koordinatoru olub. Eyni zamanda kafedranın əməkdaşları ölkədaxili (Elmin İnkişafı Fondu və s.) və digər regional layihələrdə fəal iştirak edirlər.
Prof. V.İ. Baxşəli Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın “Problems of Mechanics” (Tbilisi) və “American Journal of Mechanical and Industrial Engineering” (ABŞ) beynəlxalq elmi jurnallarının redaksiya heyətinin üzvü, həmçinin bir neçə xarici elmi jurnalların (Journal of Nanoengineering and Nanosystems, USA; Journal of Mechanical Engineering Science, UK və s.) rəyçisi (reviewer) və beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvüdür.
Kafedranın dosenti E.A. Aslanov və prof. V.İ. Baxşəli Almaniyanın DAAD (Alman Akademik mübadilə Xidməti) təşkilatının maliyyə dəstəyi ilə bir neçə dəfə Almaniyanın müxtəlif Universitetlərində (Karlsruhe, Darmştadt, Freiberg, Berlin, Ştutqart Texniki Universitetləri) elmi ezamiyyətlərdə olublar.
Hazırda kafedra əməkdaşlarının Avropa Birliyinin HORİZON2020 Proqramı üzrə Avropa Birliyi ölkələri ilə əməkdaşlığı davam etdirilir.