XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-da “Maliyyə savadlılığı və rəqəmsal maliyyə alətləri: dayanıqlı inkişafın insan kapitalı təməli” mövzusunda seminar keçirilib

2026-03-19
78
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Maliyyə savadlılığı və rəqəmsal maliyyə alətləri: dayanıqlı inkişafın insan kapitalı təməli” mövzusunda seminar keçirilib.

Məqsəd tələbələr və müəllimlər arasında maliyyə savadlılığının artırılması, rəqəmsal maliyyə alətlərinin imkanları və riskləri barədə məlumatlandırma olub.

Kafedranın baş müəllimi Sənan Məmmədov maliyyə savadlılığının fərdi və ictimai rifah üçün əhəmiyyəti, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və bu prosesin iqtisadi sistemə təsirindən bəhs edib.

Tədbirdə maliyyə savadlılığının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci istiqamətinin (Layiqli əmək və iqtisadi artım – SDG 8) həyata keçirilməsində oynadığı rol xüsusi vurğulanıb. Bildirilib ki, maliyyə savadlılığı insanların daha düzgün maliyyə qərarları verməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına və dayanıqlı iqtisadi artımın təmin olunmasına mühüm töhfə verir.

Sonda iştirakçıların sualları cavablandırılıb.