Metallurgiya və materialşünaslıq Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

İxtisaslar




Kimya mühəndisliyi

Bu ixtisasında təhsil alan tələbələr əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri- üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında bilikləri, maddələrin təyini və kimyəvi müəyyənləşdirilməsi metodlarını öyrənəcəklər. İxtisası bitirənlər Bakı, Sumqayıt və regionlarda fəaliyyət göstərən texnologiyalar parklarında, zavodlarda işləyə bilərlər.

Ekologiya mühəndisliyi

Bu ixtisas ətraf mühitin mühafizəsi istiqamətində müasir üsul, vasitə və metodlarla ekoloji vəziyyətin qiymətləndirilməsi, çirklənmə mənbələrinin müəyyən edilməsi və zərərsizləşdirilməsi, sənaye sahələrinin insan orqanizminə və ekoloji mühitə ziyanlı təsirinin təhlili, qlobal istiləşmənin səbəblərinin araşdırılması və proqnozlaşdırılması, ekoloji proseslərin riyazi modellər, fiziki müşahidələr və ölçmələr vasitəsilə ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Bu ixtisasda təhsil alan tələbələr yanğın təhlükəsizliyi, fövqəladə hallarda mühafizə, texniki sahədə həyat fəaliyyətinin təhlükəsizliyi, istehsal və texnoloji proseslərin təhlükəsizliyini öyrənir. Bu ixtisası bitirənlər pedaqoji sahədə işləyə, müxtəlif qurumlarda mühəndis kimi fəaliyyət göstərə bilərlər.