Kafedranın Türkiyənin Hacettepe, İstanbul Texniki, Orta Doğu, Qazi, İstanbul Ticarət, İzmir, Bartın universitetləri ilə, Qazaxstanun Atau Universiteti, Almaniyanın Ştutqart, Karlsruhe (TH) və Münxen (TU) universitetləri ilə, Belorus Pespublikasının Belarusiya-Rusiya universiteti ilə, Polşanın Rzeszow Texniki Universiteti, Koreya Respublikasının HMC Co. Ltd. və Kyungsung Universitetləri ilə, Böyük Britaniyanın Layster Universiteti, Fransanın Monpelye Universiteti və ABŞ-ın İndiana Universiteti ilə geniş elmi əlaqələri mövcuddur.
Kafedranın əməkdaşlarının beynəlxalq proqram və layihələrdə iştirakı:
1. TUSAŞ mühəndis gəlişdirmə proqramı;
2. Uniclad layihəsi çərçivəsində Litvada mobillik proqramı;
3. “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş mobillik proqramı;
4. “Erasmus+ KA2”nin “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi EPPKA2-CBHE-JP;
5. Bilişim Firmalarının Kurumsal Dayanıklılık kapasitesi 2022 30-31 Mart 2023’te Bilişim Vadisində düzenlenen Türk Tasarım Danışma Konseyi.
6. Study in Azerbaijan layihəsi çərçivəsində təşkil olunan Təhsil Sərgisi, 29 May – 1 İyun 2025 tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmişdir. İcraçı: b.m. Hacıyev A.B.
7. Ümumdünya Gənclər Forumu, 16–23 Sentyabr 2025 tarixlərində Rusiyanın Nijniy Novqorod şəhərində təşkil olunmuşdur. İcraçı: b.m. Hacıyev A.B.
8. Qarşılıqlı əməkdaşlıq müqaviləsi çərçivəsində OTDU-də 1 semestrlik təhsil proqramı, 16 Fevral 2025 – 16 Fevral 2026 tarixlərini əhatə etmişdir. İcraçı: tələbə Quluzadə Zərifə (8223a1, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası).
Kafedra əməkdaşlarının beynəlxalq təqaüd proqramlarında iştırakı və xarici ölkələrdə elmi-pedaqoji fəaliyyəti
Professor, t.e.d. İsa Xəlilov Əli oğlu 1988–ci ildə N. Bauman adına Moskva Ali Texniki məktəbində, 1992-1993-cü illərdə DAAD təqaüdü alaraq Ruhr Universitetində BOXUM (AFR) və 1997-1998, 2003, 2006 və 2009-ci illərdə Karlsruhe Universitetində (AFR) elmi-pedaqoji ixtisasartırmada olmuş, 1996-1997-ci illərdə AFR CDG proqramı çərçivəsində Daimler Benz AG (AFR) ilə ixtisasartırma kursunda iştirak etmişdir.
Professor, t.e.d. Rasim Əlizadə İsmayıl oğlu 1972-ci ildə Renseller Politexnik İnstitutu, 1973-1974-cü illərdə Kolumbiya (ABŞ) Universiteti, 1981-ci ildə Florida (ABŞ) Universiteti, 1989-1990-cı illərdə Pekin Aeronavtika və Astronavtika Universitetində (ÇXR) elmi ezamiyyətlərdə olmuş və 2002-2013-ci illərdə İzmir Texnoloji İnstitutunda Elmi-pedaqoji fəaliyyət göstərmişdir.
Professor, t.e.d. İftixar Çələbi Qurbanəli oğlu 2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülmüş, fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparrmış, həmçinin müxtəlif xarici universitetlərdə: 1995-1996-ci illərdə Magdeburg (AFR) Universiteti, 2001-ci ildə Rostok (AFR) Universiteti, 2004, 2006 və 2008-ci illərdə Ştutgart (AFR) Universiteti, 2011-2012-ci illərdə Xemnitz (AFR) Universiteti, 2013 və 2015-ci illərdə Braunşveyq (AFR) Universiteti, 2019-cu illərdə Münhen Texniki Universitetində elmi -pedaqoji təcrübə keçmiş, 2024-cü ildə Almaniya, Hannover və Aaxen Universitetlərində elmi ezamiyyətlərdə iştirak etmişdir.
Dosent, t.e.n. Manafəddin Namazov Bəşir oğlu 2001, 2002-ci illərdə Almaniyada (Köln): Proseslərin avtomatlaşdırılması texnologiyası və Niderland (Heerlen): İdarəetmə mühəndisliyi, mikroprosessorlar və avtomatlaşdırma texnologiyası üzrə təlim kursu və ABŞ: İndiana Universitetində məsafədən təhsil üzrə tərəfdaşlıq proqramı kursu keçmiş, Fransanın Monpelye Universiteti: “Azərbaycanın doktorantura təhsilinin təkmilləşdirilməsi və Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihəsi (NİZAMİ layihəsi), 2016-cı ildə Layster Universiteti, Böyük Britaniya, British Council layihəsi: “Məzunların məşğulluğu üzrə tədqiqat səfəri”, 2017-ci ildə Koreya Respublikası: HMC Co. Ltd. və Kyungsung Universitetinin dəvəti ilə Erkən qaz aşkarlanması və girişə nəzarət sistemi üzrə layihələrdə iştirak etmişdir.