İxtisas: 050627 – Metallurgiya mühəndisliyi (fənlərin siyahısı)
Bu ixtisas üzrə təhsil alan tələbələr filizlərdən metal məhsullar istehsalı texnologiyalarının incəliklərini öyrənirlər. Metallurgiya mühəndisi əlvan metalların (qızıl, gümüş, mis, sink və d.) emal üsullarını mənimsəyir və bu sahədə mütəxəssis kimi işləyə bilər.
İxtisas: 050623 – Materiallar mühəndisliyi (fənlərin siyahısı)
Bu ixtisası seçmiş gənclər metal və qeyri - metallardan müxtəlif təyinatlı məhsul istehsalı texnologiyalarını mənimsəyir. Məzunlar ölkənin sənaye müəssisələrində mühəndis vəzifələrini yerinə yetirir.
İxtisas: 050624 – Mədən mühəndisliyi (fənlərin siyahısı)
Bu ixtisası seçən gənclərimiz zəngin faydalı qazıntıların emal texnologiyalarını mənimsəyəcəklər. Məzunlarımız neft, qaz və filiz yataqlarının işlənməsini təmin edən sahələrdə çalışa bilərlər.