Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin prorektoru t.e.n. dos. Viktor Romanoviç Stempitskiyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfəri çərçivəsində Mühəndis fizikası və elektronika kafedrasında seminar keçib.
Seminarda Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin təhsil sistemi və innovativ texnologiyaları haqqında geniş məlumat verilib.
Mühəndis fizikası və elektronika kafedrasının müdiri f.e.d., prof. Mətanətn Mehrabova kafedranın elm və tədris imkanları, fəaliyyəti ilə qonaqları yaxından tanış edib, həmçinin birgə fəaliyyət planları barədə fikir mübadiləsi aparıblar.