XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Bərpa olunan enerji texnalogiyalarının müasir memarlığa təsiri” mövzusunda seminar

2023-12-01
238
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasında “Bərpa olunan enerji texnalogiyalarının müasir memarlığa təsiri” mövzusunda seminar keçirilib. Seminarda kafedranın əməkdaşları ilə yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşı Rasim Məmmədov da iştirak edib. Seminarda bərpa olunan enerji mənbələri və onlardan istifadənin perspektivləri, şəhərsalmada yaşıl enerji texnologiyaların rolu istiqamətində müzakirələr aparılıb.

Kafedranın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə gələcək əməkdaşlıq istiqaməti müəyyən olunub.