XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Mühəndis fizikası və elektronika kafedrasının müdiri seminar keçib

2024-06-05
1885
Xəbərlər

Mühəndis fizikası və elektronika kafedrasının müdiri f.e.d., professor Mətanət Mehrabova “Azərbaycanın bəzi ərazilərində hava çirklənməsinin biomonitorinqinin aparılmasında mamırların rolu” mövzusunda seminar keçirib. Qeyd olunub ki, onun apardığı tədqiqatlar çərçivəsində Azərbaycanda təbii və texnogen mənşəli ağır metallar və radionuklidlərlə atmosfer çirklənməsinin monitorinq sistemi təşkil olunub. Atmosfer çirklənməsini təyin etmək üçün çirklənmə mənbələri kimi mamırlardan biomonitor kimi istifadə edilib. Belə ki, mamırlarda toplanan ağır metalların miqdarı və radioakiv elementlərin aktivliyinə görə atmosfer çökmələrini qiymətləndirmək olur. 

Alınan nəticələr BMT-nin hava üzrə Avropa İqtisadi Komissiyasının Beynəlxalq Proqramının (UNECE İCP Vegetation) illik hesabat iclaslarında məruzə edilib.

Tədqiqatda tələbələrin və professor-müəllim heyətinin iştirakı tövsiyə edilib.